Bank Of Baku

İranda sərnişin qatarı aşıb, 4 nəfər ölüb, 26 nəfər yaralanıb

İranda sərnişin qatarı aşıb, 4 nəfər ölüb, 26 nəfər yaralanıb
# 10 noyabr 2012 08:29 (UTC +04:00)
APA-nın İRNA-ya istinadən məlumatına görə, Zahidan şəhərindən Tehrana hərəkət edən sərnişin qatarının bir neçə vaqonu Yəzd şəhəri yaxınlığında relsdən çıxaraq aşıb. Nəticədə içərisində 324 nəfər sərnişin olan qatarda 4 nəfər ölüb, 26 nəfər yaralanıb. İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər bildirib ki, hadisə yerinə Yəzd şəhərindən 35 xilasetmə dəstəsi və 15 təcili tibbi yardım maşını göndərilib: “Hadisə noyabrın 9-da saat 23:50-də baş verib. Ölənlərdən üç nəfəri maşinist, biri isə sərnişindir. Yaralılar Yəzd şəhərindəki xəstəxanalara yerləşdiriliblər. Hazırda onların vəziyyəti qənaətbəxşdir. Artıq yaralılardan başqa digər sərnişinlər alternativ yollarla Tehrana yola salınıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR