Bank Of Baku

Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 6 nəfərə çatıb

Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 6 nəfərə çatıb
# 15 iyun 2008 09:51 (UTC +04:00)
Tokio-APA. Yaponiyanın Honsyü adasının şimalında baş verən 7,2 bal gücündə zəlzələdə ölənlərin sayı altı nəfərə çatıb. APA-nın məlumatına görə, zəlzələ nəticəsində 140 nəfər yaralanıb, 11 nəfər isə itkin düşüb. Yeraltı təkanlar palçıq selinə səbəb olub, palçıq kütləsi yolları tamamilə yararsız vəziyyətə salıb. Yüzlərlə Yaponiya vətəndaşının ətraf aləmlə əlaqəsi kəsilib, yolların bərbad vəziyyətə düşməsi xilasetmə işlərini çətinləşdirir. Baş nazir Yasuo Fukuda zəlzələdən zərərçəkənlərə yardım göstərilməsi və Toxoku rayonunun infrastrukturunun qısa müddətdə bərpa olunması üçün xüsusi sərəncam verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR