Bank Of Baku

Dəhşətli zəlzələ Çinə 70 milyard dollardan çox ziyan vurub

Dəhşətli zəlzələ Çinə 70 milyard dollardan çox ziyan vurub
# 18 iyun 2008 12:38 (UTC +04:00)
Çin APA. Mayın 12-də Sıçuan əyalətində baş vermiş dəhşətli zəlzələ nəticəsində Çin iqtisadiyyatına dəyən birbaşa ziyanın miqdarı 58-73 milyard dollardır. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu rəqəmi Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi açıqlayıb. Komitə bildirib ki, bu zərər ölkə iqtisadiyyatının inkişafına ciddi təsir göstərməyəcək. İlkin hesablamalara əsasən zəlzələ Ümumi Daxili Məhsulun artım tempini 0,1% zəiflədə bilər. 2007-ci ildə Çində Ümumi Daxili Məhsul 11,4% artaraq 3,46 trilyon dollar təşkil edib.
Xatırladaq ki, mayın 12-də baş verən 8 bal gücündə zəlzələ 70 mindən çox adamın həyatına son qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR