Atlantik Okeanında “Rene” tropik qasırğası meydana gəlib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların İzlənilməsi üzrə Milli Mərkəzi məlumat yayıb.
Məlumata görə, tropik qasırğanın mərkəzində küləyin sürəti 18 m/s-yə çatır. Qasırğa Kabo-Verde ada dövlətindən təxminən 180 km şərqdə, Afrika sahillərindən 600 km məsafədə yerləşir. “Rene” qasırğası təxminən 19 km/saat sürətlə şimal-qərbə doğru hərəkət edir. Bazar ertəsi axşamı və çərşənbə axşamı səhər saatlarında Kabo-Verde ərazisində güclü yağış yağacağı və fırtınalı küləklərinin əsəcəyi gözlənilir.