Cənubi Koreyada “Hayşen” qasırğası ilə əlaqədar ən yüksək “ciddi” xəbərdarlıq səviyyəsi elan edilib.
APA-nın xəbərinə görə, bu barədə “Renhap” agentliyi məlumat yay ıb.
Bununla bərabər, ölkənin bir sıra regionlarında sürüşmə ilə əlaqədar maksimum təhlükə səviyyəsi elan olunub.
Prezident Mun Çje İn hökumətə və qasırğanın vuracağı Kanvondo əyalətinin yerli hakimiyyətinə dağıntıların qarşısını almaq üçün ciddi hazırlıq görməyi tapşırıb. Eyni zamanda dövlət başçısı sahil rayonlara əhalinin girişinin məhdudlaşdırılmasını tapşırıb.