Bank Of Baku

Gürcüstanda toy mərasimində 10-dan çox adamın iştirakı qadağan edilib

Gürcüstanda toy mərasimində 10-dan çox adamın iştirakı qadağan edilib
# 09 sentyabr 2020 14:53 (UTC +04:00)

Gürcüstanda toy mərasimində 10-dan çox adamın iştirak etməsi qadağan olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Bildirilib ki, ölkədə nikah aktının imzalanması qadağan edilmir, məhdudiyyət yalnız onun tədbir şəklində qeyd olunmasına aiddir.

Qeyd olunub ki, eyni məhdudiyyətlər ad günü şənlikləri və digər bu kimi sosial tədbirlərə də şamil edilir. Qərarın ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq qəbul edildiyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR