Hindistanda İstilik Elektrik Stansiyasında (İES) partlayış baş verib.
APA-nın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.
Bildirilib ki, insident Tamilnad ştatında, Kuddalor dairəsində qeydə alınıb.
Hadisə nəticəsində ən azı 4 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Partlayışın başvermə səbəbi hələlik məlum deyil. Hadisə yerində xilasedicilər çalışır.