Bank Of Baku

İçərisində 8 nəfərin olduğu İran gəmisi batıb

İçərisində 8 nəfərin olduğu İran gəmisi batıb
# 05 iyun 2020 11:10 (UTC +04:00)

İran gəmisi batıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İraqın Bəsrə şəhəri, Xur Abdullah kanalı yaxınlığında batan gəmidə 8 ekipaj üzvü və 850 tondan çox yük olub. 

"Bəhbəhan" adlı gəmidəki ekipajı xilas etmək üçün İraqın xilasetmə qüvvələri səfərbər olub.   

Məlumata görə, ekipaj üzvlərindən 5 nəfəri xilas etmək mümkün olub, 3 nəfər itkin düşüb.

Hadisənin başvermə səbəbi məlum deyil.

Qeyd edək ki, Xur Abdullah kanalı Fars körfəzinin şimal-qərbində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR