Banda dənizinin İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında qeyd olunub.
Məlumata görə, yeraltı təkanların episentri İndoneziyanın 300 min nəfərdən çox əhalisi olan Ambon şəhərinin 223 km cənub-şərqində, ocağı isə 180 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat daxil olmayıb.