Bank Of Baku

İran ABŞ-la məhbusları dəyişməyə hazır olduğunu bəyan edib

İran ABŞ-la məhbusları dəyişməyə hazır olduğunu bəyan edib
# 10 may 2020 11:31 (UTC +04:00)

İran hakimiyyəti məhbusların ilkin qeyd-şərtsiz dəyişdirmək üçün ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib.

APA-nın “Khabar Online” portalına istinadən verdiyi məlumata görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.

Ə. Rabi ABŞ-ın hələlik bu çağırışa cavab vermədiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl “Reuters” ABŞ-ın yaxın vaxtlarda iranlı alim Sirus Əsgərinin İranda saxlanılan ABŞ vətəndaşlarından biri ilə dəyişməyə hazırlaşdığını yazıb.  S.Əsgəri  koronavirusa yoluxub və hazırda tibbi yardım alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR