Prezident Həsən Ruhani İran gəmilərinin saxlanılması ilə bağlı ABŞ-ın iddiasını yalan adlandırıb.
APA-nın Tehran bürosunun məlumatına görə, H.Ruhani deyib ki, ABŞ İranın gəmilərinin saxlanılması iddiasını irəli sürüb: “Bu, yalandır, çünki həmin gəmilər nə İranındır və nə də İran bayrağı altında olublar”.
H.Ruhani İsrail və BƏƏ arasında münasibətlərin normallaşdırlmasına da münasibət bildirib: “Bu, yanış addımdır, səhvdir və biz bunu pisləyirik”.
İran Prezidenti ABŞ-ın BMT TŞ-də İrana qarşı silah sanksiyasını qəbul etdirə bilməməsini bu ölkə üçün məğlubiyyət adlandırıb.