Nüvə razılaşması ilə bağlı vəziyyət ABŞ-ın yeni hökumətinin addımlarından asılı olacaq.
APA “TASS”-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
“Nüvə razılaşmasının gələcək mövqeyi ABŞ-ın davranışından asılıdır”, - deyə agentlik nazirin sözlərindən sitat gətirib.
Nazir Tehranın ABŞ-da yeni hökumətin hakimiyyətə gələcəyi zaman Amerika tərəfinin hansı addımlar atacağını gözlədiyini qeyd edib.