Paşha Bank
Bank Of Baku

Elçin Əmirbəyov Vilnüsdə Litvanın yüksək vəzifəli rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov

© APA | Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov

# 07 noyabr 2026 10:33 (UTC +04:00)

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın paytaxtı Vilnüsdə bir sıra yüksək vəzifəli rəsmilərlə görüşlər keçirib.

APA xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçius “X” sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, Elçin Əmirbəyov Litvanın xarici işlər naziri Kestutis Budris, hökumət kansleri Daukantas, Prezidentin müşaviri Asta Skaisgirite, Seymin sədrinin birinci müavini Grişkeviçius və digər rəsmi şəxslərlə görüşüb.

Görüşlərdə Litva-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin dərinləşdirilməsi, enerji, nəqliyyat bağlantıları, ticarət, təhlükəsizlik vəziyyəti, Ukraynaya dəstək, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Bundan başqa, Elçin Əmirbəyov Litvanın Geosiyasi və Təhlükəsizlik Araşdırmaları Mərkəzində (GSSC) ekspertlərlə müzakirələrdə iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR