Bank Of Baku

İranda COVID-19-a yoluxanların sayı 350 mini, ölənlərin sayı isə 20 mini ötüb

İranda COVID-19-a yoluxanların sayı 350 mini, ölənlərin sayı isə 20 mini ötüb
# 19 avqust 2020 14:30 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 153 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 20 125 nəfərə çatıb. 

İranda son sutka ərzində koronavirusa 2 444 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 350 279 nəfərə çatıb. 

İndiyədək xəstəlikdən 302 528 nəfər sağalıb. 

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 868 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR