Bank Of Baku

İranda gələn aydan koronavirusa qarşı əhalinin vaksinasiyasına başlanacaq

İranda gələn aydan koronavirusa qarşı əhalinin vaksinasiyasına başlanacaq
# 23 yanvar 2021 15:46 (UTC +04:00)

Fevralın 1-dən etibarən İran İslam Respublikasında koronavirusa qarşı vaksinasiyaya başlanacaq.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.

O əlavə edib ki, yerli peyvəndin hazırlanmasınadək xarici peyvəndlərin istifadəsi zəruridir: "Yerli və xarici peyvəndlər sahəsində yaxşı addımlar atılıb. Yerli peyvəndlərə gəldikdə, deyə bilərik ki, gələn il üç peyvənd hazırlanacaq ki, onlardan bəziləri artıq yazın sonuna qədər hazır olacaq".

Ruhani “Barekat”, “Razi” və “Pastor” peyvəndlərinin yerli istehsal olacağını bildirib və onlardan gələn il istifadə ediləcək və bəzilərinin yazda, bəzilərinin isə artıq yayda əlçatan olacağına ümid etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR