Bu gün İranın Mahşəhr şəhərində neft emalı zavodunda yanğın başlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Bender-Mahşəhr şəhərində yerləşən neft emalı zavodunda yerli vaxtla saat 17:15-də başlayan yanğına səbəb yanacaq sızmasıdır.
Yanğını söndürmək üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.