Bank Of Baku

İranda son sutkada COVID-19-dan 121 nəfər vəfat edib

İranda son sutkada COVID-19-dan 121 nəfər vəfat edib
# 23 iyun 2020 13:48 (UTC +04:00)

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 121 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 9 863 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 445 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 209 970 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 169 160 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 846 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR