Bank Of Baku

İsraildən BƏƏ-yə birbaşa uçuşlar həyata keçiriləcək

İsraildən BƏƏ-yə birbaşa uçuşlar həyata keçiriləcək
# 17 avqust 2020 15:46 (UTC +04:00)

İsrail Səudiyyə Ərəbistanı üzərindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) birbaşa uçuşların təşkilinə hazırlaşır.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin Baş Naziri Benyamin Netanyahu deyib. 

Tel-Əvivin Ben Qurion hava limanında koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırılan hava nəqliyyatı fəaliyyətinin genişləndirilməsi planları barədə məlumat verən B. Netanyahu BƏƏ ilə hava əlaqəsinin açılmasının dəqiq tarixi barədə məlumat verməyib.

Qarşıdakı həftələrdə İsrail nümayəndə heyətinin BƏƏ-yə səfəri gözlənilir.

Qeyd edək ki, İsrail və BƏƏ diplomatik münasibətlərin bərpası və sülh imzalanması barədə razılığa gəliblər. Son 70 ildə BƏƏ üçünü ərəb ölkəsidir ki, İsraillə diplomatik münasibətləri bərpa edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR