Bank Of Baku

KİV: Əfqanıstanda yaraqlılar 53 nəfəri girov götürüb

KİV: Əfqanıstanda yaraqlılar 53 nəfəri girov götürüb
# 21 iyun 2020 07:34 (UTC +04:00)

Əfqanıstanın Daykundi əyalətində yaraqlılar qadınlar və uşaqlar da daxil olmaqla 53 nəfəri girov götürüblər. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.

Əyalət qubernatoru Zia Hamdardın kanala verdiyi açıqlamasında bildirib ki, yaraqlılar yerli ağsaqqalların vasitəçiliyi ilə artıq 9 nəfər girovu sərbəst buraxıblar. Digərlərinin sərbəst buraxılması üçün danışıqlar davam edir.

Girovların radikal “Taliban” hərəkatının silahlıları tərəfindən tutulduğu iddia edilir. Eyni zamanda, “Taliban”nın bu iddianı rədd etdiyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR