“Taliban” hərəkatı guya Rusiya kəşfiyyatı ilə əlaqəsinin olması barədə “The New York Times” qəzetinin yazdığı məlumatı təkzib edib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zabiulla Mücahidin açıqlamasında qeyd edilib. Məlumat hərəkatın internet saytında da dərc edilib.
“Bir sıra Qərb KİV-lərində döyüşçülərimizin ABŞ əsgərlərinin öldürülməsinə görə Rusiyadan pul aldığı barədə məlumatlar yayılıb. Biz bu iddianı qətiyyətlə rədd edirik”, - açıqlamada belə deyilir.
Qeyd edək ki, “The New York Times” Rusiyanın “Taliban” silahlılarını Əfqanıstandakı beynəlxalq koalisiya qoşunlarına hücum etməyə sövq etməsi barədə məlumat yazıb.