Türkiyə Prezidenti Saad əl-Həriri ilə görüşüb

Türkiyə Prezidenti Saad əl-Həriri ilə görüşüb
# 08 yanvar 2021 19:40 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanda hökuməti qurmaq tapşırığı alan Saad əl-Həriri ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Görüş İstanbulda yerləşən Vəhdəddin iqamətgahında baş tutub.

Görüşdə siyasi, iqtisadi, ticari və mədəni sahələrdə Türkiyə-Livan əlaqələri müzakirə olunub, regional məsələlərlə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR