Bank Of Baku

Türkiyədə CHP-nin qurultayının vaxtı açıqlanıb

Türkiyədə CHP-nin qurultayının vaxtı açıqlanıb
# 09 iyul 2020 18:49 (UTC +04:00)

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayının vaxtı məlum olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, CHP sədri Kamal Kılıçdaroğlunun 24 siyasi partiyanın liderlərinə ünvanladığı məktubda bildirilib ki, partiyanın 37-ci qurultayı 25-26 iyul tarixlərində keçiriləcək.

Məktubda vurğulanıb ki, Səhiyyə Nazirliyi tərəfindən qurultayın keçirilməsinə icazə verilib.

“COVID-19-a görə açıq havada və tamaşaçısız keçirmək məcburiyyətində qaldığımız qurultayımıza sizləri dəvət edə bilmədiyimiz üçün təəssüflənirik”, - deyə məktubda qeyd olunub.

Xatırladaq ki, 28-29 mart tarixlərində keçirilməsi planlaşdırılan qurultay COVID-19 pandemiyasına görə təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR