Bank Of Baku

Türkiyədə COVID-19-dan 186 nəfər ölüb

Türkiyədə COVID-19-dan 186 nəfər ölüb
# 08 yanvar 2021 20:16 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 186 nəfər ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 11 479 nəfər COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 894, ağır xəstələr isə 3 094 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 307 581 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 182 145 nəfər sağalıb, 22 450 nəfər isə ölüb.

Nazir deyib ki, ağır xəstə sayı azalmağda davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR