Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 19 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 51198 şübhəli koronavirus testindən keçib, onlardan 1396-nın cavabı pozitiv çıxıb. Bu gün 1492 xəstə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 5065 nəfər ölüb, 194511 nəfər bu infeksiyaya yoluxub, 167198 nəfər isə müalicə olunub.