Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 26 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 100 109 şübhəli koronavirus testindən keçib, onlardan 1491-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 862 nəfər olub, 986 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 263 998 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 240 792 nəfər sağalıb, 6209 nəfər ölüb.