Bank Of Baku

Türkiyədə son sutkada koronavirusdan 45 nəfər ölüb

Türkiyədə son sutkada  koronavirusdan 45 nəfər ölüb
# 02 sentyabr 2020 21:31 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 45 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun növbəti toplantısından sonra bildirib.

Nazir deyib ki, son 24 saatda 107 927 şübhəli koronavirus testindən keçib, onlardan 1 596-nın cavabı pozitiv çıxıb, 947 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 273 301 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 246 876 nəfər sağalıb, 6 462 nəfər ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR