Bank Of Baku

ABŞ dövlət katibi Türkiyədə zəlzələ zonasını helikopterdən izləyib - YENİLƏNİB-1

ABŞ dövlət katibi Türkiyədə zəlzələ zonasını helikopterdən izləyib  - YENİLƏNİB-1
# 20 fevral 2023 01:47 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin cənubunda baş verən zəlzələlərin dağıdıcı təsirlərindən "dərin kədərləndiyini" bildirib.

APA-nın xəbərinə görə, Blinken bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə təbii fəlakət zonasına səfər edən deyib.

“Türkiyədə baş verən zəlzələlərin törətdiyi dağıntıları öz gözlərimlə görmək məni çox kədərləndirdi. Birləşmiş Ştatlar xilasetmə və bərpa səylərinə kömək etmək üçün əlindən gələni etməyə hazırdır”, - diplomat bildirib.

20.52

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken zəlzələdən zərər çəkmiş Hatay vilayətinə səfər ediblər.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, türkiyəli nazir Adanadakı 10-cu “İncirlik” tank bazasının komandanlığına gələn amerikalı həmkarı ilə görüşüb.

Daha sonra Çavuşoğlu və Blinken Quru Qoşunları Komandanlığının helikopteri ilə Hatay şəhərinə gediblər. Onlar şəhərdəki dağıntıları helikopterdən izləyiblər.

Xarici işlər nazirlərini ABŞ-ın Ankaradakı səfiri Cef Fleyk müşayiət edib.

***

17.14

ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Entoni Blinken vertolyotla türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə zəlzələ bölgəsində yollanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR