Bank Of Baku

ABŞ səfiri: Hizbullah üçün sülh fürsəti var

Tomas Barrak

© APA | Tomas Barrak

# 07 iyul 2025 15:22 (UTC +04:00)

Hizbullah başa düşməlidir ki, onlar üçün də gələcək var.

APA xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak deyib.

O, Livanı regional dəyişikliklərdən geri qalmamağa çağırıb.

“Regionda hər şey çox sürətlə dəyişir. Livan bu prosesdən geri qalmamalıdır. Artıq Suriya və İsrail arasında danışıqlar başlayıb. Livan da oxşar addım atmalıdır. Hizbullah siyasi bir partiyadır. Üstəlik, hərbi gücü də var. Hizbullah başa düşməlidir ki, proseslər təkcə onların əleyhinə yönəlməyib. Bu hadisələrdə sülh və inkişafın kəsişmələri də ola bilər”, - ABŞ səfiri bəyan edib.

Xatırladaq ki, Tomas Barrak bundan əvvəl Hizbullahın tərksilah olunmasına çağırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR