ABŞ ordusu Yəməndə “Ənsar Allah” hərəkatının nəzarətində olan ərazilərə 20-dən çox zərbə endirib.
APA xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, Yəmənin paytaxtı Səna, eləcə də Səada və Əl-Cəvf əyalətləri kütləvi hücumlara məruz qalıb.