Bank Of Baku

Hindistanın “Arnab” siklonu səbəbilə 180 min nəfər təxliyə edilib, 7 nəfər ölüb

Hindistanın “Arnab” siklonu səbəbilə 180 min nəfər təxliyə edilib, 7 nəfər ölüb
# 28 oktyabr 2026 22:02 (UTC +04:00)

Hindistanın Andhra-Pradeş və Odişa ştatlarında “Arnab” siklonu səbəbilə 180 min nəfər təxliyə edilib, 7 nəfər ölüb.

APA xəbər verir ki, “Arnab” siklonu ilə əlaqədar genişmiqyaslı tədbirlər görülür.

85 min nəfər üçün müvəqqəti sığınacaqlar yaradılıb, su təchizatını təmin etmək məqsədilə generatorlar çatdırılıb.

“The Indian Express” qəzetinin məlumatına görə, dörd rayonda məktəblərdə dərslər dayandırılıb.

“Dainik Bhaskar” qəzeti isə fırtına səbəbilə 50 qatarın və Vijaivada və Vişaxapatnam hava limanlarından 21 aviareysin ləğv edildiyini bildirib.

Küləyin sürəti saatda 150 kilometrə çatır. Meteoroloqlar daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər.

Hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, təbii fəlakət kənd təsərrüfatı sahələrinə, rabitə xətlərinə və bəzi tikililərə zərər vura bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR