Bank Of Baku

AEBA "Fukusima-1" AES-dən suyun okeana axıdılması ilə bağlı bəyanat yayıb

AEBA "Fukusima-1" AES-dən suyun okeana axıdılması ilə bağlı bəyanat yayıb
# 24 avqust 2023 11:03 (UTC +04:00)

Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasından (AES) axıdılan təmizlənmiş suda tritium konsentrasiyası hər litr üçün 1500 bekkereldən çox aşağıdır.

APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun yaydığı bəyanatda bildirilib.

"Yaponiyanın Tokio Elektrik Enerjisi Şirkəti (TEPCO) bu gün Fukusima Daiiçi Atom Elektrik Stansiyasında saxlanılan təmizlənmiş suyun dənizə axıdılmasına başlayıb. AEBA-nın atqıya dair çoxillik təhlükəsizlik yoxlamasının bir hissəsi olaraq, komandamız Yaponiyanın su axıdılması üçün bütün müvafiq beynəlxalq təhlükəsizlik standartlarının tətbiqini qiymətləndirmək məqsədilə prosesdə iştirak edir.

AEBA-nın ekspertləri beynəlxalq ictimaiyyətin təmsilçisi kimi axıdılan suyun AEBA-nın təhlükəsizlik standartlarına uyğun olaraq planlaşdırılmış şəkildə həyata keçirilməsini təmin etmək üçün oradadır. Mövcudluğumuzla biz prosesin təhlükəsiz və şəffaf şəkildə həyata keçirildiyinə dair lazımi inamın yaradılmasına töhfə veririk", - Baş direktor bildirib.

Bəyanatda bildirilib ki, AEBA əməkdaşları suyun axıdılması prosesi tamamlanana qədər orada olacaq: "Əlavə olaraq, AEBA bu gün Yaponiyadan su axıdılması ilə bağlı canlı məlumatları təqdim etmək üçün veb-səhifəni işə salır. Təqdim olunan məlumatlara su axının sürəti, radiasiya monitorinqi ilə bağlı məlumatlar və sudakı tritium konsentrasiyası ilə bağlı məlumatlar daxildir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR