Aİ iranlı ayətullaha sanksiya tətbiq edib

Aİ iranlı ayətullaha sanksiya tətbiq edib
# 24 mart 2023 02:02 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) sanksiya siyahısını genişləndirir.

APA-nın europe1.fr saytına istinadla xəbərinə görə, son siyahıda Məşhədin imam cüməsi ayətullah Əhməd Aləm Əl-Xudanın da adı yer alır. Qatı mühafizəkarlığı ilə seçilən ayətullah dinc etirazçılara qarşı repressiyada ittiham edilir.

Hazırda İranın 204 fiziki və 34 hüquqi şəxs Avropanın sanksiya siyahısına salınıb. Onların Avropaya girişi qadağan edilib, ittifaqdakı hesabları dondurulub.

Avropa İttifaqı həmçinin rəsmi Tehranı əcnəbiləri qurama casusluq ittihamı ilə həbs etmək praktikasına da son qoymağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR