Bank Of Baku

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
# 03 noyabr 2026 16:53 (UTC +04:00)

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlıq çərçivəsində istifadəçilər kino biletlərini əlavə platformaya keçid etmədən, birbaşa Birbank vasitəsilə əldə edə biləcəklər.

Bir ekosistemi fintex, ödəniş və e-ticarət sahələrindəki rəqəmsal həlləri ilə gündəlik ehtiyacları vahid platformada qarşılayır. CineMastercard ilə əməkdaşlıq isə bu imkanları əyləncə sahəsinə də genişləndirir. Layihə çərçivəsində Birbank-da film və seans axtarışı, bilet və yer seçimi, eləcə də ödəniş üçün xüsusi interfeys yaradılır. İstifadəçilər interaktiv xəritə üzərindən istədikləri yerləri seçərək biletlərini birbaşa tətbiqdə əldə edə biləcəklər.

Yeni funksionallığın texniki inteqrasiya və sınaq mərhələləri tamamlandıqdan sonra, 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Əməkdaşlıq rəqəmsal ödəniş imkanlarını gündəlik əyləncə təcrübəsi ilə birləşdirərək bilet alışını daha sürətli və əlçatan edəcək.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Kapital Bank-ın əmtəə nişanı olan Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR