Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Parlament Qrupu Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı qrup qərarını verib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Cumhurittifaqa daxil olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) da R. T. Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürməsi gözlənilir.