Bank Of Baku

“Alibaba” süni intellektə 8,73 milyard avro investisiya qoymağı planlaşdırır

“Alibaba” süni intellektə 8,73 milyard avro  investisiya qoymağı planlaşdırır
# 23 avqust 2026 18:21 (UTC +04:00)

Çinin onlayn pərakəndə ticarət şirkəti “Alibaba Group Holding Ltd”. Honkonq birjasında əlavə səhmlər satmaqla 80 milyard Honkonq dolları (8,73 milyard avro ekvivalentində) həcmində kapital cəlb etməyi və əldə olunan vəsaitin tamamını süni intellekt (Sİ) sahəsində biznesin inkişafına yatırmağı planlaşdırır.

Reuters xəbər verir ki, u addım cari ildə dünyada həyata keçirilən bu tipli üçüncü ən böyük biznes əməliyyatı olacaq.

Bundan əvvəl ABŞ-ın texnologiya nəhəngləri “Alphabet” (Google-un ana şirkəti) və Intel analoji addımlar atıblar. “Alibaba” birjada hər birinin qiyməti 112,70 Honkonq dolları (12,3 avro) olan 710 milyon adi səhm yerləşdirməyi planlaşdırır.

Süni intellektə investisiyalar

Səhmlərin satışından əldə olunacaq vəsaitin süni intellekt texnologiyalarının bütün spektrinin inkişafına, o cümlədən zəruri infrastrukturun, xüsusilə hesablama mərkəzlərinin genişləndirilməsi və təkmilləşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

“Alibaba” əldə etdiyi vəsaiti şirkətin “tam dövrəli süni intellekt resursları” adlandırdığı istiqamətə yönəltmək niyyətindədir. Bura, digər məsələlərlə yanaşı, mikrosxemlərin hazırlanması, həmçinin süni intellekt modellərinin işlənib hazırlanması və tətbiqi daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR