Antalyada gecə saatlarında zəlzələ baş verib.
APA xəbər verir ki, təbiət hadisəsi yerli vaxtla saat 00.03-də qeydə alınıb. Zəlzələnin episentri Qazipaşada 5,1 bal gücündə olub.
Zəlzələ yerin 13 kilometr dərinliyində baş verib. Dağıntı və təlafat barədə xəbər yoxdur.