Bank Of Baku

Araqçi: AEBA ilə əməkdaşlıqla bağlı razılaşma mövcud deyil

İran XİN rəhbəri Abbas Araqçi

© APA | İran XİN rəhbəri Abbas Araqçi

# 27 avqust 2025 14:32 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) inspektorlarının İrana girişinə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası tərəfindən icazə verilib.

APA “IRNA”-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.

Onun sözlərinə görə, inspektorlar Buşehr nüvə stansiyasında yanacağın dəyişdirilməsinə nəzarət edəcəklər.

İran XİN rəhbəri ölkəsi ilə AEBA arasında əməkdaşlıqla bağlı heç bir razılıq mətninin olmadığını vurğulayıb.

Qeyd edək ki, İran parlamentində deputatlardan biri Tehranla AEBA arasında əməkdaşlıqla bağlı yeni razılaşma əldə olunduğunu iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR