Bank Of Baku

“Axios”: ABŞ Mərkəzi Komandanlığı İranda toy mərasiminə ölümcül zərbəni araşdırır

“Axios”: ABŞ Mərkəzi Komandanlığı İranda toy mərasiminə ölümcül zərbəni araşdırır
# 04 sentyabr 2026 11:21 (UTC +04:00)

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda keçirilən son hücumlar zamanı toyda mülki şəxslərin ölümü ilə bağlı daxili araşdırma aparır.

Bu barədə “Axios”a ABŞ rəsmiləri bildirib.

Məlumata görə, CENTCOM dron görüntülərini və hədəf alma prosedurlarını nəzərdən keçirir.

Qeyd edilib ki, ABŞ rəsmiləri hərbçilərin həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilən ərazidəki rabitə qülləsini hədəf aldığını iddia edirlər.

Xatırladaq ki, İranın cənubundakı Hörmüzqan vilayətinin Sirik şəhərinə ABŞ qüvvələrinin endirdiyi zərbələrdə 5 nəfər ölüb, 67 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR