Ayətullah Safi Qulpayqani vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, böyük İslam alimi, mərcəyi-təqlid Ayətullah Lütfüllah Safi Qulpayqani vəfat edib.
Mərhum Ayətullah Qulpayqani bu gün 103 yaşında vəfat edib.
Qeyd edək ki, Ayətullah Qulpayqani ötən həftə ürək tutmasından Qum şəhərində xəstəxanaya yerləşdirilmişdir.