Belarusun xarici işlər naziri Vladimir Makey İranda səfərdədir.
APA-nın Tehran bürosunun məlumatına görə, bu gün səhər İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian belaruslu həmkarını Xarici İşlər Nazirliyində qarşılayıb.
Daha sonra tərəflər arasında təkbətək görüş keçirilib. İki tərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələlər haqqında müzakirə aparılıb.
Sonda İran və Belarus xarici işlər nazirlikləri arasında hərtərəfli əməkdaşlıq proqramı sənədi imzalanıb