Paşha Bank
Bank Of Baku

İrlandiyadan İtaliyaya uçan təyyarə bomba xəbərdarlığından sonra uçuş istiqamətini dəyişib

İrlandiyadan İtaliyaya uçan təyyarə bomba xəbərdarlığından sonra uçuş istiqamətini dəyişib
# 05 noyabr 2026 13:06 (UTC +04:00)

Dublindən Romaya uçan sərnişin təyyarəsi bomba xəbərdarlığı alıb.

APA xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Sebastyan Lekornyunun ofisi məlumat yayıb.

Bildirilib ki, bomba xəbərdarlığından sonra təyyarə Fransanın şimalında bir aviabazaya yönləndirilib.

Vəziyyətin nəzarət altında olduğu bildirilib.

Qeyd edək ki, son günlər Avropada ən azı yeddi təyyarəyə və bir kruiz gəmisinə bomba təhlükəsi ilə bağlı xəbərdarlıqlar daxil olub. Bu təhdidlər hava limanlarında ciddi fasilələrə səbəb olsa da, heç bir partlayıcı qurğu aşkar edilməyib. Varşavaya uçan iki, Sofiyaya iki, Romaya iki və İspaniyanın Mursiya hava limanına bir reys bomba təhdidinə məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR