Hərbi və fövqəladə vəziyyətlərdə tibbi xidmətlərin necə maliyyələşdiriləcəyi müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, hərbi vəziyyət və fövqəladə vəziyyət elan olunması ilə əlaqədar, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi hallarda tibbi xidmətlərə olan tələbatın kəskin artması nəticəsində icbari tibbi sığorta fondunun xərclərinin icbari tibbi sığorta maliyyələşdirilməsində vəsait çatışmazlığı olduqda müvafiq xərclərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilməsi təklif olunur.