Bank Of Baku

BMT: Əfqanıstana humanitar yardım üçün tələb olunan məbləğin cəmi 5 faizi ayrılıb

BMT: Əfqanıstana humanitar yardım üçün tələb olunan məbləğin cəmi 5 faizi ayrılıb
# 07 aprel 2023 07:59 (UTC +04:00)

BMT-nin Əfqanıstandakı humanitar koordinatoru Ramiz Ələkbərov bildirib ki, ölkəyə yardım göstərmək üçün tələb olunan məbləğin cəmi 5 faizi ayrılıb.

APA “Interfax” agentliyinə istinadla xəbər verir ki, BMT 2023-cü il üçün 4,6 milyard dollar tələb edib, lakin donorlar indiyədək cəmi 213 milyon dollar köçürüb.

Təşkilatın təmsilçisi qeyd edib ki, Əfqanıstan planetin ən böyük humanitar böhranı ilə üz-üzədir. İyirmi səkkiz milyondan çox əfqan aclıq çəkir və təcili yardıma ehtiyacı var. Ölkədəki humanitar əməliyyata son zərbə Talibanın yerli qadınların BMT strukturlarında işləməsinə qadağa qoyması oldu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR