Bank Of Baku

BMT TŞ İrana qarşı sanksiyaların yenilənməməsi ilə bağlı qətnaməni rədd edib

BMT TŞ İrana qarşı sanksiyaların yenilənməməsi ilə bağlı qətnaməni rədd edib
# 19 sentyabr 2025 18:49 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası İranla bağlı sanksiyaların yenidən tətbiq edilməməsi barədə qətnaməni qəbul etməyib.

APA xəbər verir ki, səsvermə zamanı qətnaməyə Rusiya, Çin, Əlcəzair və Pakistan dəstək verib.

ABŞ, Böyük Britaniya, Fransa daxil olmaqla 9 üzv əleyhinə səs verib, 2 üzv isə bitərəf qalıb.

Beləliklə, Təhlükəsizlik Şurasının əvvəlki qətnamələrində nəzərdə tutulan məhdudiyyətlərin qüvvəyə minməsi bərpa olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR