BMT TŞ İranın İsrailə hücumu ilə əlaqədar növbədənkənar iclas keçirəcək

BMT TŞ İranın İsrailə hücumu ilə əlaqədar növbədənkənar iclas keçirəcək
# 14 aprel 2024 12:00 (UTC +04:00)

Bu gün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.

APA-nın "Alman dalğası"na istinadən verdiyi xəbərə görə, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan bildirib.

BMT Təhlükəsizlik Şurasının iclası İsrailin təşəbbüsü ilə çağırılıb. Qilad Erdan qeyd edib ki, bu gecə saat 22.00-da keçiriləcək iclasda İranın İsrailə hücumu müzakirə olunacaq.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR