Böyük Britaniyanın Baş naziri Boris Conson Yaponiyaya səfərini təxirə salıb.
APA-nın xəbərinə görə, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Hökumətdəki mənbələrdən məlum olub ki, Consonun səfəri fevralın ortalarına nəzərdə tutulmuşdu. Lakin Britaniya tərəfi Ukraynadakı vəziyyəti əsas gətirərək səfəri ləğv edib.