Bank Of Baku

Çavuşoğlu Ərdoğanın səhhəti barədə açıqlama verib

Çavuşoğlu, Ərdoğan

© APA | Çavuşoğlu, Ərdoğan

# 08 fevral 2022 17:49 (UTC +04:00)

“Prezidentimizin səhhəti çox yaxşıdır, səsi də çox yaxşı gəlir. Davamlı olaraq telefon danışıqları da aparır”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, özünün də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxladığını vurğulayıb: “Çox şükür, səsi yaxşı gəlirdi”.

Nazir Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfərinə də toxunub. Çavuşoğlu qeyd edib ki, səfərin reallaşması Türkiyə Prezidentinin koronavirus testlərinin nəticəsindən asılı olacaq: “Bu, testlərin nəticələrindən asılıdır. Səfər uzun müddət əvvəl planlaşdırılıb. 15 fevralda Dubay EXPO-da Milli Gün olacaq, inşallah, o zamana qədər sağalar”.

Qeyd edək ki, Ərdoğan və xanımı COVID-19-un Omicron ştamına yoluxub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR