Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə telefon danışığı aparıb.
Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.
Danışıq zamanı nazir Çavuşoğlu Türkiyənin hər zaman Fələstinin yanında olacağını, gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazır olduğunu bir daha vurğulayıb.