İsrail Qəzza və Livana qarşı həyata keçirdiyi hava hücumlarını dayandırmalıdır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib.
O, Ramazan ayında İsrail təhlükəsizlik qüvvələrinin müsəlmanlara qarşı hücumlarının qəbuledilməz olduğunu vurğulayıb.
Çavuşoğlu, həmçinin, əlavə edib ki, bu münaqişədə yeganə həll yolu iki dövlət prinsipinə dayanır.
Bundan əlavə, nazir, bu gün israilli həmkarı Eli Kohenlə telefon danışığı aparmaq niyyətində olduğunu qeyd edib.