Bank Of Baku

Çavuşoğlu Talibanla Kabil aeroportunun birgə istismarını müzakirə edib

Çavuşoğlu Talibanla Kabil aeroportunun birgə istismarını müzakirə edib
# 09 fevral 2022 16:29 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Talibanın müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Müttəki ilə telefon danışığı aparıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı Anadolu Agentliyi yayıb.

Qeyd olunub ki, görüş zamanı Türkiyə və Qətərin Kabil və Əfqanıstanın digər hava limanlarının birgə istismarı ilə bağlı aparılan danışıqlara dair son vəziyyəti müzakirə ediblər.

Bundan əlavə, nazir Çavuşoğlu bildirib ki, yaxın zamanda Türkiyə tərəfindən Əfqanıstana yardım qatarının göndərilməsi nəzərdə tutulur.

Çavuşoğlu Əfqanıstanda inklüziv hökumətin qurulmasının ölkənin sabitliyi və əmin-amanlığı üçün vacib olduğunu da vurğulayaraq, Əfqanıstanda bəzi qadın fəalların itkin düşməsi ilə bağlı xəbərlərdən narahat olduqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR